Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
“İndiyədək nə qədər fikirləşirəmsə, həbs olunmağımın səbəbini aydınlaşdıra bilmirəm...” “Bir gün qabaq Qəmər Əlizadə ilə Stalin prospekti ilə gedirdik.
Bu vaxt Bağırov maşınla yanımızdan keçirdi. O, maşını yanımızda saxlayıb, bir mənə, bir də Qəmərə baxdı və yoluna davam etdi.
Qəmər Bağırovu görüb çox qorxdu və dedi ki...” “Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir?
Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?..
Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...
İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!..
Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...” Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...