Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı artıq beynəlxalq oyunçular üzərində neçənci dəfədir ki, qələbə qazanır.
Məsələn, biz bu yaxınlarda gördük ki, Fransanın neomüstəmləkəçiliyini indi İsrail də məhkum elədi - Azərbaycanın dünyaya sübut etdiyi həqiqəti qəbul edənlərdən biri.
İsrailin baş nazirinin oğlu Yair Netanyahu öz sosial media hesabında İsrail-Fələstin münaqişəsini nizamlamaq barədə nəsə deməyə cürət edən Makronun ünvanına bunları yazdı: “Gedin siz!
Yeni Kaledoniyanın müstəqilliyinə qədər! Korsikanın müstəqilliyinə qədər! Fransız Polineziyasının müstəqilliyinə qədər!
Basklar ölkəsinin müstəqilliyinə qədər!” Axı bu bəyanatlar, mövqe dəyişmələri elə-belə baş vermədi.
Ölkə.Az xəbər verir ki, bunu Real TV-nin rəhbəri Mir Şahin Ağayev “Mir Şahinin Vaxtı” verilişində bildirib.
“Fransanın yeni müstəmləkəçilik siyasətinin ifşasını Azərbaycan başladı.