“Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb

06.02.2025

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa istehsalı olan “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa silahlı qüvvələrinin naziri Sebastyen Lekornu sosial şəbəkələrdə məlumat verib.

"2024-cü il iyunun 6-da Fransa Prezidenti Emmanuel Makron Ukraynaya “Mirage 2000” təyyarələrinin tədarük ediləcəyini bəyan etmişdi. Bu gün ilk təyyarələr Ukraynaya çatdırılıb", - o bildirib.

Onun sözlərinə görə, təyyarələri Fransada təlim keçmiş Ukrayna pilotları idarə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью