Miranda Kerrdən romantik doğum günü paylaşımı

05.06.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Miranda Kerr əri ilə yeni görüntülərini paylaşıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünyaca məşhur avstraliyalı model həyat yoldaşı, "Snapchat”ın qurucusu Evan Spiegelin 35 illik yubileyini romantik paylaşımı ilə qeyd edib.

42 yaşlı model rəsmi "Instagram" səhifəsində həyat yoldaşı ilə birlikdə yeni fotolarını paylaşaraq bu sözləri yazıb:

"Ad günün mübarək, sevgilim! Sən ən inanılmaz partnyorsan və mən hər gün səndən ilham alıram."

Qeyd edək ki, Miranda Kerr və Evan Spiegel 2017-ci ildən bəri evlidirlər. Cütlüyün üç övladı var.


Aysel


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью