Miras bölüşdürməyə getdi Ölü olduğunu öyrəndi

27.01.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

Türkiyədə Rıfat Özten adıə şəxs ailənin miras qalan torpağını qardaşları arasında bölüşdürmək üçün getdiyi Torpaq Müdirliyində öldüyünü öyrənib. 

News24.az xəbər verir ki, əhali qeydlərində diri olduğu, ancaq tapuluq qeydlərində ölü kimi görünən Özten, "Mən diri bir ölüyəm. Əvvəlcə diri olduğumu sübut etməliyəm" deyib.

Vəziyyət həll olunmazsa, məsələni məhkəməyə verməli olacaqlarını qeyd edən Özten: “Vəkilimlə görüşüb nə edəcəyimizə qərar verəcəyik. Vəkilim axırıncı dəfə dedi ki, ərizə yazaq, düzəliş olsa, düzələcək, yoxsa, birinci Mülki Məhkəməyə getməliyik. Bir qədər pul ödəyəcəyik, amma mən də bunu edənlərin və buna səbəb olanların lazımi cəzanı almasını təmin edəcəm”, - deyə o bildirib.

Günel Məlikzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью