Mirasını kimə qoyacaq?

15.11.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli müğənni Əməl Sayın vəsiyyət və mirasla bağlı sualları cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçi konsert öncəsi jurnalistlərin suallarını cavablandırarkən indiyədək vəsiyyət hazırlamaq barədə düşünmədiyini bildirib. O, ailə üzvləri arasında miras səbəbindən anlaşılmazlıq yaşanmasını istəmədiyini vurğulayıb.

Müğənni miras məsələsinin onu narahat etdiyini deyib:

“Məni sıxan, narahat edən mövzu miras məsələsidir. Çünki ailələr arasında bəzən gözlənilməz xoşagəlməz hadisələr yaşana bilir”.

Ailəsinin böyük bir hissəsini itirdiyini söyləyən Əməl Sayın çox sevdiyi bacı və qardaş övladlarından da danışıb:

“Övladım kimi sevdiyim bacı və qardaş övladlarım var. Aramızda belə bir problemin yaranmasını qətiyyən istəmirəm”.

Vəsiyyət hazırlayıb-hazırlamadığı ilə bağlı suala isə sənətçi belə cavab verib:

“Miras məsələsini heç düşünməmişəm. Onsuz da problem olmayacaq. Biz hər şeyi ortaq olan və bir-biri ilə bölüşən ailəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью