Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri Mirbağır İsayev bundan sonra klubda da çalışacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, tanınmış mütəxəssis “Səbail” Futbol Akademiyasının direktoru təyin olunub.
O, hər iki vəzifədə paralel olaraq çalışacaq.
"Səbail" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi üçün doğma klubdur. O, əvvəllər də bakılıların akademiyasına rəhbərlik edib, həmçinin əvəzedici komandada və aşağı yaşlılardan ibarət kollektivlərin baş məşqçisi olub.
İsayev bu ilin martından Elit Məşq Layihəsinə rəhbər təyin olunub.
Mirağa