Mirça Luçesku istefa verdi

02.04.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Mirça Luçesku istefa verdi

Rumıniya milli komandasının baş məşqçisi Mirça Luçesku istefa verib.

QOL.az xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

80 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda Millətlər Liqasında uğurlu çıxış edərək DÇ-2026-nın final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılıb. Ancaq pley-off-un finalında Türkiyəyə uduzan (0:1) rumınlar mundialdan kənarda qalıblar.

Rumıniya millisi Luçeskunun rəhəbərliyi altında 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.

Son vaxtlar Luçeskunun səhhətində problemlər yarandığı üçün o, milli komandadan bir müddət kənarda qamışdı.

Qeyd edək ki, Luçesku 1981-1086-cı illərdə də Rumıniya millisini çalışdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью