Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku vəzifəsindən ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı yerli federasiyanın mətbuat xidməti yayıb.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub. 80 yaşlı mütəxəssis bir neçə gün öncə ürəyində yaranan problem səbəbindən Buxarest Universiteti Xəstəxanasına yerləşdirilib.
Toğrul