Mirça Luçeskudan unikal göstərici

06.09.2025

Icma.az bildirir, sport24.az portalına istinadən.

Rumıniya yığma komandasının baş məşqçisi Mirça Luçesku milli komandaları çalışdıran mütəxəssislər arasında ən yaşlı məşqçi olub. Sport24.az xəbər verir ki, sentyabrın 5-də onun komandası yoldaşlıq görüşündə Kanadaya 0:3 hesabı ilə yenilib.

Oyun zamanı Luçesku 80 yaş, bir ay yeddi günlük idi. Rumıniyalı mütəxəssis bununla da 1997-ci ildə Uruqvay millisinə rəhbərlik etmiş Roke Maspoliyə məxsus rekordu təzələyib. Uruqvayın Ekvadoru 5:3 hesabı ilə məğlub etdiyi matçda Maspolinin 80 yaşı, 1 ay 4 günlük olub.

Qeyd edək ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da Kipr millisinə qarşı keçirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью