Mircavadov: “Bizə baxımlı oyun yox, nəticə lazımdır”

01.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisi bu gün Millətlər Liqasında Lixtenşteyni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək.

Millinin sabiq məşqçisi Ağasəlim Mircavadov oyunla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Oyundan nə gözləyirsiniz?
– Nə gözləyək? Ancaq qələbə. Başqa şey düşünmürəm.

– Rəqibin güc nisbətində zəif olması rahatlıq yaratmaz?
– Yox, hansı zəiflikdən söhbət gedə bilər? İndi zəif komanda yoxdur. Hamı futbol oynaya bilir. Oyuna yaxşı hazırlaşmayan komanda zəif görünə bilər.

– Hesab təxmininiz nədir?
– Proqnoz deməyi xoşlamıram. Millinin qələbə qazanacağını düşünürəm, daha doğrusu buna məcburuq.

– Qarşıda Litva ilə ağır oyun var. Həmin matçla bağlı fikirləriniz nədir?
– Səfərdə qazanılan bir xal çox yaxşıdır. Bakıda onları məğlub edib, məqsədə çatmaq lazımdır. Yalnız qələbə haqda düşünməliyik.

– Komandanın son iki matçında oyun planında hansı dəyişiklikləri müşahidə etdiniz?
– Bizə baxımlı oyun yox, nəticə lazımdır. Qələbə ruhu formalaşmalıdır. Hər şey buradan başlayır. Futboldur, bəzən yaxşı günündə olmursan, oyun istədiyin kimi getmir. Amma sənin üçün vacib olan qələbədir və necə olursa-olsun, onu əldə etməlisən. İndi də millimiz bu durumdadır. Oyuna yox, nəticəyə önəm vermək lazımdır.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью