Mircavadov böyük hesablı qələbəyə ümid edir

15.11.2024

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan millisi UEFA Millətlər Liqasının V turunda sabah Estoniya ilə qarşılaşacaq.

Yığmanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:

“Hamımız qələbə gözləyirik. Amma bizə top hesablı qələbə lazımdır ki, qrupda qala bilək. Elə Estoniyadakı oyunda da biz oyunumuzla uduzmadıq. Sadəcə mövqe səhvlərinə yol verdik və hansı ki, rəqibimiz də bundan məharətlə istifadə etdi. Burada da gözləyirik ki, estonlar hücum edəcək və bu üzdən də müdafiəyə ciddi fikir vermək lazımdır. Həm də ən azından 2 top fərqiylə qalib gəlməliyik.

Doğrudur, bəzən olur ki, nə qədər çalışsan da oyun alınmır və yersiz vərəqələr gətirir. Amma mən ümidliyəm ki, yığmamız bu matçda qələbə qazanacaq. Heç olmasa 3 top fərqi ilə qalib gəlməliyik ki, sonuncu yerdən yaxa qurtaraq. Aşağı düşmək bizim üçün çox ağır olar. Demək olar ki, bütün matçlarda qol epizdoları yaradırıq, amma dəyərləndirə bilmirik”.

Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyununa saat 18:00-da start veriləcək.

Əsas xəbərlər, Ölkə futbolu Mircavadov: “Baş məşqçinin dedikləri futbolçu üçün qanundur”

6 Sentyabr 2024, 11:06

Ölkə futbolu “Zirə”nin Bakıya yaxşı nəticə ilə dönəcəyinə inanıram”

22 Avqust 2024, 11:26

Manşet, Ölkə futbolu “Neftçi” ardıcıl qələbələr qazanır, amma çox inam vermir”

24 May 2024, 12:14

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью