Mircavadov Neftçi barədə: Baş məşqçi heyəti hələ tam təkmilləşdirməyib, axtarışdadı

12.02.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Ardıcıl qələbələr "Neftçi"yə inam verir". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis "Neftçi"nin sabiq legioner futbolçularının komandaya layiq olmadığını bildirib:
"Düzdür, böyük üstünlüklə də qalib gəlmək olur, bərabər səviyyəli oyunla da. Zirədə demək olar, eyni səviyyəli komandaların qarşıdurmasını izlədik. Baş məşqçi heyəti hələ tam təkmilləşdirməyib, axtarışdadı. Əksər legionerlər "Neftçi"yə layiq deyildilər. İndi isə yeni futbolçular transfer olunub. Əsas odu düzgün yol seçib, onunla getmək lazımdır. Qarşıdakı oyunlar bunu təsdiq edəcək".

Qeyd edək ki, "Neftçi" Premyer Liqanın XXII turunda səfərdə Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью