Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bəlkə də, Yurçeviç millidə işləyərkən Azərbaycanda neçə klub var, onu bilmirdi.
İnanıram ki, Rəşad Sadıqov onun cavabını bugünkü oyunla da verər”.
İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında yığmanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
78 yaşlı mütəxəssis Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin Xorvatiya "Hayduk"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl “Zirə” barədə fikirlərini qərəzli hesab edib.
Mircavadov xorvatiyalı həmkarına belə cavab verib: “Rəşad Sadıqovun açıqlamasını oxudum. Yurçeviçin cavabını düzgün verib.
Xorvatiyalı maliyyə cəhətini vurğulayıb ki, “Zirə”də belə maaş, qonarar alırlar. Elə deyil axı. Bilmədiyin şeyi demək, qəbahətdir, olmaz.
Bu, “Zirə”nin uğuruna kölgə salmaq deməkdir. Hər klubun öz maliyyəsi, gücü var. “Qartallar”ın öz yolu var, ona uyğun işləyirlər.