Mircəlal Kazımi ifadə verməkçün məhkəməyə gəldi: 1 milyonluq dələduzluq işi | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Hakim qarşısına çıxarılan müttəhimlər talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, müttəhimlər məhkəmədə iştirak etməyiblər.
Məlum olub ki, yağan yağış Bakıda yolları keçilməz edib, tıxaclar yaranıb deyə dustaqların saxlanıldıqları istintaq təcridxanasından məhkəməyə gətirilmələri də əngəllənib.
Bu səbəbdən də məhkəməyə şahid qismində çağırılan, çağırışı qəbul edərək prosesə qatılan Gömrük Xəstəxanasının həkimi Mircəlal Kazımi və Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova məhkəməyə gəliblər.
Lakin müttəhimlərin iştirakı təmin olunmadığı üçün şahidlərin ifadəsinin alınması, dindirilməsi də baş tutmayıb.
Hakim müttəhimlərin məhkəməyə gətirilməməsinin hava şəraiti ilə bağlı olduğunu elan edib, bildirib ki, müttəhimlər olmadığına görə iclas təxirə salınır.
Tam oxu
Xəbəri oxu