Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

25.01.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində araşdırmalar aparılır.

Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə "WhatsApp" vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью