Miri Yusifin prodüserini şantaj edib pul alan saxlanıldı YENİLƏNİB

25.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini şantaj edən saxlanılıb.

Lent.az-ın məlumatına görə, aparıcıya hədə-qorxu gələrək öz hesabına 1000 manat pul ödətdirən 26 yaşlı paytaxt sakini Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda araşdırma aparılır.

***

21 yanvar, saat: 10:53

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

Lent.az xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi Yasamal polisinə ərizə ilə müraciət edib.

Şikayətçi ərizəsində qeyd edib ki, naməlum şəxs "whatsapp" vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul köçürməsini tələb edib.

Daxil olan şikayət əsasında araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью