Mirkamilin əməliyyatı uğurla başa çatıb

19.05.2025

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Xəbər verdiyimiz kimi, uzun zamandır ürəyində problem olan gənc və istedadlı müğənni Mirkamil Kamilov bu gün əməliyyat olub.

AZXEBER.COM Mirkamilin səhhəti ilə bağlı məlumat almaq üçün onun qardaşı Miribrahim Kamilov ilə əlaqə saxlayıb.

 O, əməliyyatın uğurla başa çatdığını bildirib:

"Allaha şükür əməliyyat uğurlu keçdi. Mirkamilin səhhəti də yaxşıdır. Onun üçün dua edən hər kəsə təşəkkür edirəm. İnşallah tezliklə səhnələrə dönəcək".

Aysel Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью