Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavadxan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
XQ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət 28 avqust saat 22:00-dan təmir işləri bitənədək tətbiq ediləcək.
"Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", -məlumatda qeyd edilib.