Mirmahmud Mirəlioğlu karantindədir

18.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu səhhətində yaranmış problemlərə görə, hazırda ev şəraitində müalicə alır.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Mirmahmud Mirəlioğlu səhhətində yaranan problemlərdən danışarkən bildirib.

“Bütün dostlara salam olsun. 3 ay öncə xəstəxanadan çıxmışam. Hazırda karantin və bərpa dövrü davam edir”, - deyə söyləyib.

Qeyd edək ki, o, bir müddət öncə Türkiyədə orqanizmində yaranmış şişin götürülməsi ilə bağlı əməliyyat olunmuşdu.

Mirmahmud Mirəlioğlu 1956-cı il sentyabrın 1-də Yardımlı rayonunda doğulub.

Milli Məclisinin I və II çağırış deputatı olub. 2006-cı ildən Klassik Xalq Cəbhəsi Partiyasının sədridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью