Mirnoye kəndinin azad edilməsi uğrunda döyüşlər gedir

21.02.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Yampolovka yaxınlığında nəzarət zonasını genişləndirən Rusiya hərbçiləri "Donetsk Xalq Respublikasının" Mirnoye kəndinin azad edilməsi uğrunda döyüşlərə başlayıblar.

Bu barədə TASS-a hərbi ekspert Andrey Maroçko məlumat verib.

"Yampolovkanın qərbindəki nəzarət zonası genişləndirilib. Bu, Mirnoye qəsəbəsinə eyni vaxtda iki tərəfdən - şimal və şərq tərəfdən yaxınlaşmağa imkan verdi. Hazırda bu qəsəbənin azad edilməsi üçün tədbirlərə başlanılıb”.

Maroçko əlavə edib ki, aktiv döyüşlər zamanı rus hərbçiləri taktiki mövqelərini təkmilləşdirərək İvanovka kəndindən cənubda Jerebets çayının sağ sahilində irəliləyiblər.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью