Miro Varvodiç: Vaxtilə rəqiblər Hayduk dan çəkinirdilər

23.07.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Hayduk" yaxşı bir baş məşqçiyə tapşırılıb. Sadəcə, onların güclü heyətə sahib olduğunu düşünmürəm. Layiqli bir kollektivləri var, lakin bu heyətin Avropada uğur qazanmaq üçün yetərli olub-olmadığını demək çətindir".

Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç deyib.

“Hayduk”(Split) klubunun yetirməsi olan xorvat qolkiper sabiq komandasının Konfrans Liqasının “Zirə” ilə oyundakı şanslarını dəyərləndirib: “Hayduk”u çox yaxşı tanıyıram. Xorvatiyanın ən böyük klublarından biridir. Vaxtilə Çempionlar Liqasında iştirak edərkən rəqiblər onlardan çəkinirdilər. 2005-ci ildə isə ölkə çempionu oldular. Son illərdə maliyyə problemləri yaşasalar da, möhtəşəm azarkeş dəstəyinə sahibdirlər. “Zirə” haqqında da məlumatım var. Təbii ki, bu komandanın yaxşı heyətə malik olduğunu bilirəm. Düzdür, “Hayduk” kağız üzərində “Zirə”dən bir qədər güclü görünür. Amma Rəşad Sadıqov çox yaxşı baş məşqçidir və komandasını yaxından tanıyır. Nə baş verəcəyini görəcəyik. Maraqlı qarşılaşmalar bizi gözləyir, bu dəqiqdir”.

“Sumqayıt”da ayrılıq - RƏSMİ Vladimir Miçoviç: "Novakı nə vaxtsa “Neftçi”nin qapıçısı kimi görmək istəyərdim" - MÜSAHİBƏ "Qarabağ"ın potensial rəqiblərinin matçında minimalhesablı qələbə "Dinamo"dan "Neftçi"yə - Rəsmi Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью