Miroslav Kloze: Mahir Emreli o qədər də yaxşı oynamadı

05.11.2024

Icma.az, Cbcsport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı".

Bunu Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze II Bundesliqanın XI turunda "Hamburq"la matçda Azərbaycan millisinin futbolçusunun çıxışı barədə danışarkən deyib.

Mütəxəssisi 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib:

"Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью