Miroslav Kloze: Mahir Emrelinin sərt xasiyyəti var

29.11.2024

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Operativ Media" “Bild” qəzetinə istinadən xəbər verir ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.

46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: “Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər”.

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: “Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью