Miroslav Kloze Mahir Emreliyə güvənir

17.05.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Nürnberq" klubundakı sonuncu matçına start heyətində başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə ölkənin məşhur "Kicker" nəşri məlumat yayıb.
Komanda mayın 18-də, Bakı vaxtı ilə saat 17:30-da "Ayntraxt" (Braunşveyq) komandasının qonağı olacaq.
Qeyd edək ki, azərbaycanlı oyunçunun "Nürnberq"lə müqaviləsi mövsümün sonunda başa çatacaq. Daha əvvəl II Bundesliqa təmsilçisi Emreli ilə yeni sözləşmə bağlamayacaqlarını açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью