Miroslav Kloze Mahirdən narazıdı

05.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Fikrimcə, Mahir o qədər də yaxşı oynamadı". Sport24.az xəbər verir ki, bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze deyib.

O, II Bundesliqanın son üç oyununda qol vuran Mahir Emreli barədə fikirlərini bölüşüb. Kloze hücumçunun "Hamburq"la matçdakı (1:1) performansından narazı qalıb: "Mahir topla kifayət qədər yaxşı oynamırdı. O, yetərincə cəld deyildi. Qapı önündə lazım olan mövqelərə gec açılırdı".

Qeyd edək ki, Emreli üçü çempionat, biri kubokda olmaqla son dörd görüşdə meydanı qolsuz tərk etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью