Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Avropa Ukraynanın istədiyi hər şeyi edə biləcəyini düşünür və Qərbin bu “güzəşti” Ukraynanın mülki hədəflərə yeni hücumlarının əsas səbəblərindən birinə çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin Kiyev rejiminin “müharibə cinayətləri” üzrə xüsusi nümayəndəsi Rodion Miroşnik “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə Avropa dövlətləri Ukraynanın beynəlxalq və humanitar hüquq pozuntularını qəsdən görməzdən gəlir və bu da Kiyevi münaqişə zonasındakı istənilən hərəkətə görə faktiki olaraq məsuliyyətdən azad edir.
O qeyd edib ki, “müharibə cinayətləri” məsələsi danışıqlar prosesində mütləq gündəmə gətiriləcək mühüm mövzulardan biridir:
“Buradakı əsas sual ondan ibarətdir ki, Cenevrə Konvensiyaları, əlavə protokollar və digər beynəlxalq humanitar hüquq normaları görməzlikdən gəlinəcək, yoxsa bu qanunlar hamı üçün məcburi olacaq?
Əgər hamı üçün keçərlidirsə, o zaman Avropa Kiyevin bu cür cinayətlər törətdiyini qəbul etməli olacaq”.
Mayın 22-si səhər saatlarında Ukrayna silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə “Luqansk Xalq Respublikası”ndakı Luqansk Dövlət Pedaqoji Universitetinə bağlı Starobelsk Pedaqoji Kollecinin tədris binası və yataqxanasına zərbə endirdiyi bildirilib.
Hücum zamanı binada 14-18 yaş arasında 86 uşağın olduğu qeyd edilib. Hadisə nəticəsində 21 nəfərin həyatını itirdiyi açıqlanıb.
“LXR”nin rəhbəri Leonid Paseçnikin sözlərinə görə, 65 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin