Mirra Andreeva Roland Garros 2026 çempionu oldu

08.06.2026

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mirra Andreeva - "Roland Garros"-2026 çempionu oldu


Mirra Andreeva Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin titulunu qazanıb.
Oxuməni.az xəbər verir ki, "Roland Garros"da səkkizinci reytinqə sahib olan rusiyalı finalda polyak Maya Xvalinskaya ilə görüşüb və 6:3, 6:2 hesabı ilə qalib gəlib. Matç 1 saat 23 dəqiqə davam edib.
19 yaşlı Andreeva üçün bu titul karyerasında altıncı, "Böyük Dəbilqə" turnirlərində isə ilk fərdi titul olub.
Mirra "Böyük Dəbilqə" turnirinin finalında oynayan səkkizinci rusiyalı, titul qazanan isə dördüncü rusiyalı qadın tennisçi olub. Daha əvvəl "Böyük Dəbilqə" turnirlərində Mariya Sharapova (Uimbldon-2004, US Open-2006, Australian Open-2008, "Roland Garros" 2012, 2014), Svetlana Kuznetsova (US Open-2004, "Roland Garros"-2009) və Anastasia Mıskina ("Roland Garros"-2004) qalib gəliblər. Bu, 2014-cü ildən bəri qadınlərin fərdi yarışlarında Rusiyanın ilk "Böyük Dəbilqə" titulu olub.
Qeyd edək ki, "Roland Garros"-2026-da qələbə 19 yaşlı Mirra Andreeva üçün karyerasının ən gəlirli qələbəsi olub: Parisdəki titul üçün o, 2,8 milyon avro mükafat alacaq ki, bu da cari məzənnə ilə təxminən 3,2 milyon dollara bərabərdir.

Almaz Ələsgərli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью