Mirşahin oğlunun toyuna getmədi KONKRET

18.09.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünən REAL TV-nin rəhbəri, tanınmış telejurnalist Mir Şahin Ağayevin oğlu Mirçingiz Ağazadənin toyu olub. Ancaq Mir Şahinin və REAL TV əməkdaşlarının toyda iştirak etməməsi diqqətdən yayınmayıb və müzakirələrə yol açıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Ülviyyə Alovlu məlumat yayıb.

Məlumata görə, Mirşahin Ağayevin toyda iştirak etməməsinə səbəb ata-oğul arasında yaranan mübahisə olub.

Digər bir iddiaya görə, Mirşahin Ağayev Real TV əməkdaşlarına da toyda iştirak etməməyi tapşırıb.

Nəticədə Bakının “Valmora” şadlıq evində keçirilən toyda cəmi 20-25 nəfər iştirak edib.

Ən acınacaqlı hal isə toyun sonunda baş verib.

Məlumata görə, restoranla hesablaşmada problem yaranıb və ödəniş edilmədiyi üçün bəylə gəlin “girov” saxlanılıb.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью