Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Qarabağ” dünyada yeganə futbol klubudur ki, 33 ildən artıqdır öz meydançasında çıxış etmir. Yəni o Bakıda da “doğma divarlar arasında” deyil. Və elə buna görə də onun indiyədək qazandığı uğurlar ən azı ikiqat sayılmalıdır. Qarabağ qayıdıb! Ağdam qayıdıb!
Artıq Ağdama qayıtmaq, Böyük Qayıdışın mühüm bir hissəsi olmaq lazımdır!
Bax o zaman “Qarabağ” həm də öz meydançasında oynamaqla daha güclü olacaq! “Qarabağ”-ın şüarı:-“Şəhidlər ölməz, vətən bölünməz!” nidası o zaman bir başqa əzəmətlə səslənəcək! “Qarabağ”ın Ağdama qayıdışı təmin olunmalı, bu klub özgə meydança komandası olmaqdan çıxmalıdır. Təkcə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsinin rəmzlərindən biri Allahverdi Bağırovun deyil, bütün şəhidlərimizin ruhu şad olar!