Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir. “O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı.
Orada hər üçümüzün - Vahid, Seyfulla, Mirşahin rolu eyni idi.
Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik.
Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlard
Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirild
Ona görə də deməzdim ki, bu konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi.
Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik”.O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:“ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi.
Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur.