Icma.az, Axsham.az saytına istinadən bildirir.
“Sevdan bir ateş” serialında Mirza rolunda tamaşaçıların qarşısına çıxan aktyor Murat Ünalmış ailə fotolarını paylaşıb.
Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu bildirib və ailəsi ilə çəkilən görüntülərini izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Murat Ünalmış 2023-cü ilin sentyabrında bolqar əsilli Nutiye Akarla (əsl adı Albena İlieva) ailə qurub. Cütlüyün 2024-cü ildə Selim Baran adlı oğlu dünyaya gəlib. Ötən il isə aktyorun ikinci övladı doğulub.