Mirzə Cəlil onunla puluna görə evlənmişdi? Həmidə xanımın çap olunmayan məktubu İlk dəfə |…
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kulis.az ilk dəfə Həmidə Xanım Cavanşirin çap olunmayan məktubunu təqdim edir.
Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır.
Əziz Şərif jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nigaha girdikdən sonra” jurnaldan soyumuşdu və s.
bu kimi fikirlər… Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm.
Mirzə Cəlil Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub.
Şərif elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi." Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki, o, jurnalın 1908-1909-cu illərini çiçəklənmə dövdü hesab edir, sonra da deyir ki, zəngin dul qadınla sərfəli izdivaç onu jurnaldan soyutdu.
Bu fikirlər açık görünən ziddiyətlərlə doludur. Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ö
Tam oxu
Xəbəri oxu