Mirzəbəyli: “Qarabağ”a düşə bilmək üçün çox çalışmaq lazımdır”

28.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Əvəzedicilər Liqasında 18 tur geridə qalıb. “Qarabağ-2” 26 xalla 4-cü sırada qərarlaşıb.

“Atlılar”ın baş məşqçisi Cavad Mirzəbəyli “FutbolPress“ə açıqlamasında nəticələri dəyərləndirdi:

“Komandamız dövrəni pis keçirmədi. Əvəzedicilər çempionatı qeyri-stabil yarışdır. Çünki bəzi klublarda əsas komandaların oyunçuları da gəlir və heyətlər tez-tez dəyişir. Bəzən görürsən ki, rəqib səndən zəifdir, amma əsas komandadan oyunçunu meydana buraxırlar. Biz gənc kollektivik, belə məsələlər fonunda çıxışımız qənaətbəxşdir. Biz turnir cədvəlindəki mövqeyi yox, uşaqların inkişafını istəyirik. Müəyyən oyun üslubumuz var. Nəticələrimiz də normaldır və çalışacağıq ki, daha yaxşı olaq”.

Mütəxəssis “Qarabağ” akademiyasının inkişafda olduğunu və gələcəkdə bunun bəhrəsini görəcəklərini bildirdi:

“Əsas komandaya gedən oyunçularımız var. Tək əvəzedicilərdən deyil, digər Premyer Liqa klublarından yerli oyunçulardan “Qarabağ”a düşə biləcək futbolçu azdır. Komandamız Avropada oynayır və ora düşmək asan deyil. Buna görə çox çalışmaq lazımdır. Akademiyamızda da dəyişikliklər olub, pozitiv işlər görülür. Əminəm ki, növbəti illərdə akademiyamızdan çıxan uşaqlar əsas komandada olacaqlar. Aftandil Hacıyevin gəlişindən sonra inkişafa doğru meyl etmişik və bunun nəticəsini yaxın illərdə göstərəcək”.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Müsahibə Koxalski: “Heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm”

27 Dekabr 2024, 19:49

Əsas xəbərlər, Ölkə futbolu “Trabzonspor” “Qarabağ”ın futbolçusu ilə maraqlanır

27 Dekabr 2024, 10:56

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın sabiq futbolçusundan qəza ilə bağlı paylaşım

26 Dekabr 2024, 9:13

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın qapıçısı Polşada ən yaxşılar arasında

25 Dekabr 2024, 16:00

Əsas xəbərlər, Ölkə futbolu “Juninyo istənilən Avropa klubuna uyğunlaşa bilər”

25 Dekabr 2024, 8:49

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın müraciəti müsbət qarşılandı

24 Dekabr 2024, 16:22

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью