Mirziyoyev onları əfv etdi

27.08.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin 35-ci ildönümü ilə əlaqədar 852 məhkumu əfv edib.

"AzPolitika" xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Onlardan 604 nəfər cəzadan tam azad edilib, 115 nəfər vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb. 52 nəfərin cəzası yüngülləşdirilib, 81 nəfərin həbs müddəti isə azaldılıb.

Əfv olunanların 7-si əcnəbi; 49-u qadın; 37-si yaşı 60-dan yuxarı olan kişi; 375-i gəncdir. Qadağan olunmuş təşkilatların fəaliyyətində iştiraka görə məhkum olunanların sayı 63 nəfərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью