Mirziyoyev Putinlə telefonla danışıb

21.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

XQ-nin məlumatına görə, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Mirziyoyev Rusiya liderini Dövlət Dumasına keçirilən seçkilərin uğurla başa çatması münasibətilə təbrik edib və parlamentin yeni tərkibinə fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər həmçinin hökumətlərarası komissiyanın və Regionlar Şurasının növbəti iclaslarının səmərəli keçirilməsinin vacibliyini qeyd ediblər. Bundan əlavə, Özbəkistanın Rusiyada Mədəniyyət Günlərinin təşkili və qarşıdakı ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki nəzərdən keçirilib.

Məlumata görə, telefon danışığı zamanı Özbəkistan-Rusiya münasibətlərinin gələcək inkişafı ilə bağlı digər məsələlərə də toxunulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью