Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir.
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Türkiyənin təkcə müsəlman dünyasında deyil, həm də qlobal miqyasda getdikcə daha çox təsir qazandığını və dəyərli nailiyyətlər əldə etdiyini vurğulayan Mirziyoyev "Türkiyə Əsri" strateji proqramının müntəzəm olaraq həyata keçirildiyini bildirib.
Mirziyoyev Ankaranın səsinin beynəlxalq arenada daha ucadan əks-səda verdiyini bildirib: "
Sizin ölkəniz sözün əsl mənasında dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir".
Özbəkistanın bu vəziyyətdən məmnun olduğunu bildirən Mirziyoyev bu nailiyyətlərə görə Türkiyəni Özbəkistan xalqı və şəxsən öz adından təbrik edib.
Süleyman