Mirzoyan Aİ rəsmisi ilə regional məsələləri müzakirə edib

05.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Maltada keçirilən ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, həmsöhbətlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumata görə, Mirzoyan Kallasa Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması üzrə səylərini ətraflı təqdim edib. 

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью