Mirzoyan azərbaycanlı jurnalistin sualını cavablamaqdan İMTİNA ETDİ

05.11.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP-in Zəngəzur yolu)  açılışı üçün vaxt qrafikini açıqlamadan imtina edib. 

Orbeli Beyin Mərkəzi tərəfindən təşkil edilən "Sülh Viktorinası: 

Ermənistanın xarici işlər naziri ilə söhbət" adlı konfransda nazirə Azərbaycan media orqanından belə bir sual verilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Jurnalist bildirib ki, yolun Qars-Naxçıvan hissəsinin və Azərbaycandakı infrastrukturun 2028-ci ilə qədər açılması planlaşdırılır. O, nazirə “Ermənistan hissəsi nə vaxt hazır olacaq?”sualını ünanlayıb.

Nazir vaxt qrafikini açıqlamaqdan imtina edib: 

"Bu gün Amerika tərəfi ilə sənədləşmədən tutmuş elektron skanerlərin quraşdırılmasına qədər texniki məsələləri sözün əsl mənasında müzakirə edirik".

Xəzər
“Cebheinfo.az”

 

Açar sözlər: Mirzoyan azərbaycanlı jurnalist

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью