Mirzoyan: Bakı ilə görüşməyə hazırıq

26.05.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ermənistan Azərbaycan tərəfi ilə görüşməyə hazırdır. 

Ölkə.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İrəvanda Fransa XİN rəhbəri ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər arasında əsas müzakirə olunan məsələlər ATƏT-in Minsk qrupunun buraxılması və konstitusiyaya dəyişikliklə bağlıdır. 

“Bizim yanaşmamız ondan ibarətdir ki, əgər münaqişə yoxdursa, burada imzalanmış sülh sənədi nəzərdə tutulursa, o zaman ATƏT-in Minsk qrupu kimi mandatlı struktura ehtiyac yoxdur”, - Mirzoyan qeyd edib. 

Bakının konstitusiyanın dəyişdirilməsi tələbinə gəldikdə Mirzoyan bunu qəbuledilməz hesab edir. “Hər halda, müzakirələr lazımdır. Həll yolu üçün başqalarını dinləməliyik və nəticələr çıxarmalıyıq. Ona görə də Azərbaycan tərəfi ilə görüşlərə hazırıq”, - Mirzoyan vurğulayıb.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью