Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Bakıya səfər etmək istəyir.
Bizim.Media xəbər verir ki, diplomat bu barədə noyabrın 5-də jurnalistlərlə söhbəti zamanı bildirib.
Mirzoyanın sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin və diplomatik nümayəndələrinin qarşılıqlı səfərləri normallaşma prosesinin dərinləşməsi və münasibətlərin tənzimlənməsində yeni mərhələlərin təsdiqlənməsi ilə mümkün olacaq.
“Hazırda konkret razılaşmalar yoxdur”, – deyə o bildirib.
Ermənistan XİN rəhbəri vurğulayıb ki, sülhün təməlləri möhkəmləndikcə tərəflər bir-birinin paytaxtlarına maneəsiz səfər edə və birgə dövlətlərarası tədbirlərdə iştirak edə biləcəklər.
Bizim.Media