Mirzoyan Berboka sülh müqaviləsindən danışdı

20.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan almaniyalı həmkarı Annalena Berbokla görüşüb. SİA xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Mirzoyan görüş zamanı İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə A.Berboka məlumat verib.

Qeyd edək ki, almaniyalı nazirin Ermənistandan sonra Azərbaycana da səfəri planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью