Mirzoyan: Delimitasiya prosesində irəliləyiş var | Icma.az
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyişin olduğunu bildirib.
Bu barədə o, Finlandiyanın “Lännen Media” informasiya agentliyinə verdiyi müsahibədə danışıb.
Mirzoyan bu irəliləyişi münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi dəyərləndirib.
“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir.
Təbii ki, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir.
Sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”, - deyə o vurğulayıb.
Nazir həmçinin kommunikasiyaların açılması məsələsinə də toxunub.
Tam oxu
Xəbəri oxu