Mirzoyan: Ermənistan Avropa İttifaqına üzv olmağa çalışır

28.10.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan Avropa İttifaqına üzv olmağa can atır.

APA xəbər verir ki, bu haqda Ermənistan mediası ölkənin xarici işlər naziri Ararat Mirzoyana istinadən məlumat yayıb.

Mirzoyanın sözlərinə görə, bu istiqamətdə Xarici İşlər Nazirliyində Avropa inteqrasiyası departamenti də yaradılıb.

Bununla belə, nazir qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya səyləri ölkənin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursuna zidd deyil.

“Bu addımlar bizim elan etdiyimiz balanslı və tarazlaşdırılmış xarici siyasət yanaşmamıza zidd şəkildə atılmır”, – diplomat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью