Mirzoyan: “Ermənistan kommunikasiyaların açılmasını istəyir”

03.10.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Təhlükəsizlik üzrə Varşava Forumunda iştirakı çərçivəsində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Polşanın “TVP World” telekanalına müsahibəsində belə deyib.
“Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir. Biz bir-birimizin infrastrukturundan adi qonşular kimi, məsələn, Avropada və ya başqa yerlərdə olduğu kimi, istifadə edə bilərik”, - Mirzoyan izah edib.
Onun sözlərinə görə, Azərbaycana dəmir yolunun tikintisi ən azı iki il çəkə bilər. Ən əsası budur ki, İrəvan Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqəsinin tez bir zamanda tikilməsində, açılmasında və onun bərpasında çox maraqlıdır.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью