Mirzoyan işarə etdi: Azərbaycanla görüş...

12.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan İrəvan və Bakı nümayəndələrinin gözlənilən görüşünə işarə edib.

Axar.az xəbər verir ki, o, bu barədə sülh müqaviləsinin müddəalarının razılaşdırılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin mümkünlüyü ilə bağlı suala cavab verərkən deyib.

“Yaxın gələcəkdə tərəflər sənədin imzalanması və ratifikasiyası ilə bağlı yanaşmaları, eləcə də bütün məsələləri müzakirə etmək imkanı əldə edəcək”, - o bildirib.

Mirzoyan görüşün hansı səviyyədə planlaşdırıldığını açıqlamayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью