Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı çox məyus edib.
APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın "Lannen Media” nəşrinə müsahibəsində bildirib.
"Öhdəlikləri olan müttəfiqlər bir-birinə kömək etməlidirlər, hərbi ittifaqın mənası budur. Bu laqeyd münasibət böyük məyusluğa səbəb oldu.
Bu, həqiqətən də Ermənistanda ictimai rəyi dəyişdi. Bu, özünəməxsus vəziyyət yaratdı”, - nazir qeyd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.