Mirzоyan Maltada Fidan və Blinken ilə qısa görüşlər keçirib

05.12.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan Valettada (Malta) türkiyəli həmkarı Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken ilə görüşüb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qısa görüşlər ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində keçirilib.

A.Mirzоyanın türkiyəli həmkarı və Blinken ilə apardığı müzakirələrin mövzuları açıqlanmayıb.

Məlumatda qeyd olunub ki, Mirzoyan, həmçinin Almaniya, Avstriya, Lüksemburq, Ukrayna, Niderland və Andorranın XİN başçıları ilə də görüşüb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью