Mirzoyan Qarsda keçirilən görüşdən danışdı

08.06.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarsda keçirilən Ermənistan və Türkiyə iş adamları arasında görüş çox ciddi olub. Bu görüş Ermənistan və Türkiyə XİN-ləri və ticarət palatalarının iştirakı və dəstəyi ilə təşkil edilib.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, görüş Türkiyənin üç şərq və şimal-şərq əyalətinin işgüzar dairələrində böyük maraq doğurub və Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığının dərinləşdirilməsi üçün yaxşı başlanğıcdır. 

Mirzoyan bildirib ki, yaxın gələcəkdə Ermənistanda oxşar formatda ikinci görüşün keçirilməsini gözləyir.

Onun sözlərinə görə, artıq ayrı-ayrı şirkətlər və işgüzar dairələr arasında konkret danışıqlar başlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью