Mirzoyan Rubio görüşündə bu istiqamətdə müzakirələr aparılıb

14.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Azərbaycanda saxlanılan ermənilərin vəziyyətini müzakirə ediblər.

Bakıvaxtı.az "Armenpress"ə istinadla xəbər verir ki, görüşdə həmçinin sülh quruculuğu və əməkdaşlıq məsələlərində mövcud çətinliklər müzakirə olunub.

Məlumata görə, Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı və əldə olunmuş razılaşmaların icrası gündəmdə olub.

Həmçinin birgə təşəbbüslər və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью